Elxan Məmmədov və Qurban Qurbanov yığma üzvləri ilə görüşüb

Elxan Məmmədov və Qurban Qurbanov yığma üzvləri ilə görüşüb
19-03-2018 / 18:43 FUTBOL
483

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məmmədov və Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.

 

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək.

 

Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.