“Şeytan”la yeni müqavilə

“Şeytan”la yeni müqavilə
19-03-2018 / 20:02 FUTBOL
300

“Mançester Yunayted” oyunçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Eşli Yanqla anlaşmanın müddətini uzadıb.

 

Bu barədə klubdan rəsmi açıqlama verilib. Yeni anlaşmaya əsasən, təcrübəli yarımmüdafiəçi 2019-cu ilin yayına kimi “manukunianlar”ın formasını geyinəcək.

Qeyd edək ki, Yanq “Mançester Yunayted”ə 2011-ci ildə “Aston Villa”dan keçib.