“Bakıdakı matçda bəxt bizim tərəfimizdə deyildi”

“Bakıdakı matçda bəxt bizim tərəfimizdə deyildi”
22-03-2018 / 12:14 FUTBOL
1597

“Azərbaycanla oyun həddindən artıq çətin olacaq. Buna baxmayaraq, qələbə qazanacağımıza inanırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Kosovonun 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Rron Broja deyib.

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün azərbaycanlı həmyaşıdlarını qəbul edəcək kosovoluların futbolçusu ölkənin futbol federasiyasının saytına danışıb.

 

O, qələbə qazanacaqlarına inandığını deyib: “Rəqibi yaxşı tanıyırıq. Onların zəif cəhətlərini bilirik. Bundan istifadə edəcəyimizə ümidliyik. Bakıdakı qarşılaşmada Azərbaycana qarşı yaxşı oynamışdıq. Amma həmin vaxt bəxt bizim tərəfimizdə deyildi. Bu dəfə öz azarkeşlərimiz qarşısında oynayacağıq. Onları məyus etməyəcəyimizə inanıram. Təbii ki, qar meydanın vəziyyətini ağırlaşdırır. Buna baxmayaraq, şansdan maksimum istifadə etməliyik. Çünki qələbə sayəsində komandanın özünəinamı artacaq”.