Zidan PSJ-yə getsə...

Zidan PSJ-yə getsə...
22-03-2018 / 16:20 FUTBOL
323

“Real”ın çalışdırıcısı Zinəddin Zidan ölkəsinə qayıda bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, fransalı çalışdırıcının PSJ-nin “sükanı arxası”na keçmək variantı yaranıb.

 

Parislilər Zidana maraqlı təklif irəli sürüblər. 46 yaşlı mütəxəssis qarşı tərəfə “hə” cavabını versə, PSJ-də məvacibini özü müəyyənləşdirəcək. Bu isə o deməkdi ki, “Zizu” dünyanın ən çox qazanan məşqçisi ola bilər.

 

Qeyd edək ki, Zinəddin Zidan 2016-cı ildən “Real”ı çalışdırır.