“Tanıdıqdan sonra ona hörmətim daha da artdı” - Araz Abdullayev

“Tanıdıqdan sonra ona hörmətim daha da artdı” - Araz Abdullayev
22-03-2018 / 17:48 FUTBOL
2728

Millimizin futbolçusu Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə “Anortosis” klubunun futbolçusu müxtəlif məqamlara toxunub.

 

- Əvvəlcə hazırlıqla bağlı məlumat verərdiz…

- Hazırlıq yaxşı gedir. Qurban müəllimin rəhbərliyi altında taktiki cəhətdən çalışırıq. Elə məşqlər edirik ki, komanda çox yüklənməsin.

 

- Rəqib haqda nə düşünürsüz?

- Yaxşı, layiqli rəqibdi. İstəyirik ki, Azərbaycan xalqına gözəl oyun nümayiş etdirək. Birinci məqsədimiz budu. Sonra da əlimizdən gələn qədər yaxşı nəticə qazanmağa çalışacağıq.

 

- Kipr mətbuatında “Anortosis”in sizi 150 min avro qarşılığında “Qəbələ”dən birdəfəlik transfer etmək istədiyi yazılıb. Bu dəqiqə klubla durumunuz necədi?

- İndi millidəyik, bütün fikrimi yığmaya yönəltmişəm. Hazırda klub haqda düşünmürəm. Qarşımızda iki oyun var. Bu matçlarda yaxşı nəticələr qazandıqdan sonra dediyiniz məsələ ilə bağlı danışmaq olar.

 

- Zədədən sonra formanızı tam olaraq bərpa edə bilmisiz?

- Çalışıram. Əlavə məşqlər də edirəm ki, çatışmazlığı aradan qaldırım. Əlimdən gələni edəcəm ki, bu iki oyunda formamı yaxşılaşdırım, daha da qabağa gedim.

 

- Xaricdə yaşamaq, oranın çempionatda çıxış etmək futbolçu və insan kimi sizə nə verdi?

- Xaricdə oynayanda özünəinamın daha çox olur. Çalışıram ki, yaxşı oyunum, qollarım, ötürmələrimlə azərbaycanlıları qürürlandırım.

 

- Qurban Qurbanovun əvvəl birgə işlədiyiniz məşqçilərdən fərqi nədədi?

- Qurban müəllim daha sakit başa salır. Taktiki gedişlər haqda hər bir oyunçu ilə söhbət edir. Qurban müəllimlə əvvəl işləməmişəm. Şəxsi tanışlığımız çox yox idi. Amma tanıdıqdan sonra o insana hörmətim daha da artdı.

 

- Qurban müəllimlə legioner karyeranız haqda söhbətiniz olubmu?

- Xeyr. Ancaq oyunla bağlı danışırıq.