“Həyəcanlı olmağım normaldı” – Amil Yunanov

“Həyəcanlı olmağım normaldı” – Amil Yunanov
22-03-2018 / 18:02 FUTBOL
442

Millimizin hücumçusu Amil Yunanov Belarusla oyundan öncə keçirilən brifinqdə iştirak edib. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə “Sumqayıt”ın forvardı yığmada möhkəmlənmək istədiyini vurğulayıb.

 

- Yığmaya dəvət alacağınıza inamınız var idi?

- Əlbəttə, inam var idi. Çünki çempionat oyunlarında yaxşı çıxış edirdim. Çalışacam ki, əlimə düşən fürsəti maksimum dəyərləndirim.

 

- Ramil Şeydayev və Mahir Mədətov hazırda U-21-in düşərgəsindədi. Bu isə sizin üçün yaxşı şans deməkdi…

- Əlbəttə, millidə olmaq hər bir futbolçu üçün şansdı. Həm çempionat, həm də yığmanın oyunlarında özümü ən yaxşı tərəfdən göstərməliyəm. Mən millidə oynamaq istəyirəm.

 

- Sabah rəqibiniz olacaq Belarus yığması haqda fikriniz necədi?

- Çətin rəqibdi. Amma evdə oynayırıq. Buna görə də, qələbə qazanmağa çalışacağıq.

 

- Belarusla Makedoniya yığması arasında nə kimi fərq görürsüz? Hansı daha güclüdü?

- Makedoniyanı daha üstün tuturam. Amma Belarusun da oyununa baxmışıq. Yaxşı komandadı.

 

- Həyəcan millidə özünüzü göstərməyə mane ola bilərmi?

- Həyəcanlı olmağım normaldı. Çalışacam ki, onu aradan qaldırım və bütün fikrimi oyuna yönəldim.