Beyl het-triklə tarixə düşdü - VİDEO

Beyl het-triklə tarixə düşdü - VİDEO
22-03-2018 / 20:00 FUTBOL
489

Uels yığması Çin millisi ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, Çinin Nanninq şəhərində baş tutan qarşılaşma qonaqların üstünlüyü şəraitində keçib.

 

Britaniyalıların 6:0 hesabı ilə qalib gəldiyi matçda het-trikə imza atan Qaret Beyl Uels yığması tarixinin ən məhsuldar futbolçusuna çevrilib. Qollarının sayını 29-a çatdıran "Real"ın ulduz futbolçusu millinin sabiq üzvü Yan Raşı 1 top qabaqlayıb.

 

Yoldaşlıq görüşü

 

Çin - Uels - 0:6

Qollar: Beyl, 2, 21, 62; Uoks, 38, 58; Uilson, 45