Yığmamız Belarusa uduzdu - YENİLƏNİB

Yığmamız Belarusa uduzdu - YENİLƏNİB
23-03-2018 / 21:53 FUTBOL
7403

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığmasını qəbul edib.

 

Bu, “Qarabağ”ın çalışdırıcısının millinin “sükanı arxası”nda ikinci matçı olub. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı.

 

Yığmamız bu dəfə də qola həsrət qalıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolun müəllifi isə Maksim Medvedev olub. O, 42-ci dəqiqədə avtoqolla Kamran Ağayevi məyus edib.

 

Qeyd edək ki, komandamız 4 gün sonra Antalyada Makedoniya ilə qarşılaşacaq.

 

Yoldaşlıq matçı

23 mart

 

Azərbaycan - Belarus - 0:1

Qol: Maksim Medvedev, 42 (avtoqol)

Baş hakim: Andris Treymanis (Latviya)

Bakı Olimpiya Stadionu

 

Azərbaycan: 1. Kamran Ağayev (k), 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 20. Riçard Almeyda, 22. Şəhriyar Rəhimov, 25. Cavid İmamverdiyev

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 6. Rahil Məmmədov, 13. Dmitri Nazarov, 16. Rəşad Eyyubov, 17. Rəhman Hacıyev, 21. Tural Axundov, 24. Ürfan Abbasov, 26. Asif Məmmədov, 28. Emin Mahmudov

Baş məşqçi: Qurban Qurbanov.
 

Belarus: 1. Aleksandr Qutor, 2. Stanislav Draqun, 3. Aleksandr Martınoviç (k), 4. İqor Şitov, 6. Sergey Politeviç, 8. Pavel Savitski, 15. Sergey Kislyak, 18. İvan Maevski, 19. Maksim Volodko, 20. Denis Laptev, 22. İqor Staseviç

Ehtiyat oyunçular: 12. Pavel Pavlyuçenko, 16. Andrey Qorbunov, 5. Aleksey Qavriloviç, 7. Yuri Kendış, 9. Yuri Kovalyov, 10. Anton Saroka, 11. Renan Bressan, 13. Maksim Skavış, 14. Pavel Nexayçik, 17. Mixail Sivakov, 21. Oleq Veretilo, 23. Sergey Matveyçik.
Baş məşqçi: İqor Kriuşenko.