Pirlo İtaliya yığmasına dönür

Pirlo İtaliya yığmasına dönür
22-03-2018 / 22:28 FUTBOL
259

İtaliyanın əfsanəvi futbolçusu Andrea Pirlo millidə çalışacaq. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ötən il karyerasını bitirən sabiq yarımmüdafiəçi Skuadra Adzurranın köməkçi məşqçisi vəzifəsində çalışacaq.

 

Bununla bağlı o, İtaliya Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Tərəflər bu məsələdə ortaq məxrəcə gəliblər. Belə ki, razılığa əsasən, əgər yığmanın "sükanı arxası"na Antonio Konte və ya Karlo Ançelotti gətirilsə, Pirlo onun köməkçisi olacaq.

 

Qeyd edək ki, Ançelotti hazırda işsizdisə, Konte "Çelsi"ni çalışdırır.