Mitrovitsada 5 debüt

Mitrovitsada 5 debüt
22-03-2018 / 22:42 FUTBOL
189

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində 5 debüt gerçəkləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un Kosovo ilə az öncə start götürən seçmə oyununda ilk “11-lik”də yer alan futbolçulardan beşi ilk dəfə U-21-lə qitə miqyaslı matçda iştirak edir.

 

Baş məşqçi Rəşad Sadıqov Mitrovitsada gerçəkləşən öz debütündə Kamran İbrahimov, Cabir Əmirli, Elvin Sərkərov, Ramil Şeydayev və Hacıağa Hacıyevə də şans verib. Şeydayev əsas yığmada xeyli əvvəl debüt etsə də, U-21-in seçmə oyununda şans qazanmamışdı.

 

Ümumiyyətlə, forvard ilk dəfə Avropa miqyaslı yığma səviyyəli turnirdə Azərbaycan millisində meydana çıxıb. Yalnız DÇ-2018-in seçmə mərhələsində yığmamızın formasını geyinən Ramil qitə səviyyəli yarışlarda Rusiyanın U-17, U-19 və U-21-ində çıxış edib.