Rəşad, sələfləri və Mircavadov

Rəşad, sələfləri və Mircavadov
23-03-2018 / 00:05 FUTBOL
2609

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatlarının seçmə mərhələlərində 11-ci baş məşqçisi ilə matça çıxıb. Apasport.az saytının məlumatına görə, Kosovo ilə səfər görüşündəki debüt Rəşad Sadıqov üçün uğurlu alınmayıb.

 

Gənc çalışdırıcı sonuncu olmamaq uğrunda mübarizədəki əsas rəqibə 0:2 hesablı məğlubiyyətə üzülüb. Əslində, baş məşqçimizin debütdə məğlubiyyət acısı yaşaması millimiz üçün adiləşib.

 

Çünki Rəşaddan əvvəl yığmaya rəhbərlik edən 10 məşqçidən 9-u da “siftə”də xala həsrət qalıb. Yalnız bir istisna – Ağasəlim Mircavadov var. O, U-21-də seçmə oyunlarında ilk matçında Macarıstan üzərində qələbəyə sevinib – 2:1. Bu, uzaq 1998-ci ildə gerçəkləşib.

 

Rəşad isə debütdə uduzan 10-cu çalışdırıcı olub. Bu yenilgilərdən 4-ü evdə, 6-sı səfərdə alınıb. Bir məğlubiyyət isə 1:2 hesabı ilə uduzduğumuz görüşün nəticəsi ləğv olunduqdan sonra texniki nəticədən ibarətdi.

 

U-21-in baş məşqçilərinin seçmə mərhələdə debütü

 

Valeri Hacıyev

06.09.1994. Rumıniya  - Azərbaycan – 5:2

 

Vaqif Sadıqov

28.03.1995. Slovakiya – Azərbaycan – 3:0

 

Ağasəlim Mircavadov

09.10.1998. Azərbaycan – Macarıstan – 2:1

 

Əsgər Abdullayev

02.09.2000. Azərbaycan – İsveç – 0:5

 

Yaşar Vahabzadə

11.06.2003. Azərbaycan – Serbiya və Monteneqro – 0:2

 

Təbriz Həsənov

02.09.2005. Almaniya – Azərbaycan – 2:0

 

Nazim Əliyev

11.05.2006. Azərbaycan – İrlandiya - -:+

 

Şakir Qəribov

02.06.2007. Yunanıstan – Azərbaycan – 4:1

 

Bernard Lippert

25.03.2008. Azərbaycan – İtaliya – 0:2

 

Samir Ələkbərov

06.10.2017. Almaniya – Azərbaycan – 6:1

 

Rəşad Sadıqov

22.03.2018. Kosovo – Azərbaycan – 2:0