Böyükhesablı məğlubiyyət

Böyükhesablı məğlubiyyət
23-03-2018 / 01:05 FUTBOL
395

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Bakıda təşkil edilən hazırlıq çərçivəsində yığmamız yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Vüqar Məmmədin yetirmələri "Dalğa Arena"da rusiyalı həmyaşıdları ilə üz-üzə gəlib.

 

Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.