Məmmədyarov uduzdu, Karyakin liderliyə şərik oldu - YENİLƏNİB

Məmmədyarov uduzdu, Karyakin liderliyə şərik oldu - YENİLƏNİB
24-03-2018 / 23:12 STOLÜSTÜ OYUNLAR
7046

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşıb.

 

İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oynayıb. Liderlər qrupunda qərarlaşan həmyerlimiz gözlənilmədən rəqibinə məğlub olub.

 

Turun ən maraqlı matçı Sergey Karyakinlə lider Fabiano Karuana arasında keçirilib. Rəqibi üzərində qələbə qazanan Karyakin aradakı xal fərqini qapayaraq, liderliyə şərik olub.

 

Qeyd edək ki, sabah şahmatçılar istirahət edəcəklər.

 

 

İddiaçılar turniri

XII tur

 

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Liren Dinq (2769, Çin) - 0:1

Sergey Karyakin (2763, Rusiya) - Fabiano Karuana (2784, ABŞ) - 1:0

Aleksandr Qrişuk (2767, Rusiya) - Levon Aronyan (2794, Ermənistan) - 0,5:0,5

Vladimir Kramnik (2800, Rusiya) - Uesli So (2799, ABŞ) - 0,5:0,5

 

Turnir cədvəli: Karuana, Karyakin - 7 xal; Məmmədyarov, Dinq, Qrişuk – 6,5; Kramnik – 5,5; So – 5; Aronyan – 4.