Şəhriyar Məmmədyarovun şansı nə qədərdi?

Şəhriyar Məmmədyarovun şansı nə qədərdi?
27-03-2018 / 10:25 STOLÜSTÜ OYUNLAR
566

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar Turniri üçün əmsallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, bukmeker kontorları şahmat tacı uğrunda norveçli Maqnus Karlsenə 4 rəqib görürlər.

 

Belə ki, Fabiano Karuananın İddiaçılar Turnirinin qalibi olacağı proqnozlaşdırılır. Bunun üçün onun əmsalı digərlərindən aşağıdı. Amerikalı qrossmeysterin çempion adına yiyələnməsinə 1,76 əmsal verilib. Sergey Karyakinin (Rusiya) yarışı birinci pillədə başa vurması 3,50 əmsalla qiymətləndirildiyi halda, həmyerlimiz Şəhriyar Məmmədyarovun Karlsenə rəqib olması 3,60 əmsaldı.

 

4-cü şahmatçı kimi isə Dinq Liren göstərilib. Çinli zəka sahibinin qalib gəlməsinə 40 əmsal verilib.

 

Qeyd edək ki, İddiaçılar Turnirində bu gün son tur keçiriləcək. XIII turdan sonra Karuana 8, Karyakinlə Məmədyarov 7,5 və Liren 7 xala malikdi.