Karuana yenidən Azərbaycan şahmatçısı ilə oynayacaq

Karuana yenidən Azərbaycan şahmatçısı ilə oynayacaq
28-03-2018 / 14:33 STOLÜSTÜ OYUNLAR
741

Martın 31-də Almaniyanın Baden-Baden şəhərində beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Arkadi Naydiç təmsil edəcək.

 

Onun rəqibləri Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ), Vişvanatan Anand (Hindistan), Maksim Vaşye-Laqrav (Fransa), Nikita Vityuqov (Rusiya), Hou Yifan (Çin), Qeorq Mayer və Mattias Blyubaum (hər ikisi Almaniya) olacaqlar.

 

Baden-Baden turniri martın 9-da başa çatacaq.