Yığmamızdan Dünya Kubokunda növbəti asan qələbə

Yığmamızdan Dünya Kubokunda növbəti asan qələbə
08-04-2018 / 12:01 DÖYÜŞ NÖVLƏRİ
414

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ikinci görüşünü keçirib.

 

İlk olaraq Kubanı asanlıqla məğlubiyyətə uğradan (8:2) güləşçilərimiz Qazaxıstana da heç bir şans verməyiblər. Pəhləvanlarımızdan yalnız 1-i məğlub olubsa, digər 9-u qalib gəlib.

 

Yığmamız bu gün Monqolustanla üz-üzə gələcək.

 

ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışır.

 

Azərbaycan- Qazaxıstan 9:1

57 kq - Əfqan Xaşalov - Muxambed Kuatbek (KAZ) 8:1

61 kq - Əhmədnəbi Qvarzatilov - Rassul Kaliyev (KAZ) 15*:15

65 kq - Hacı Əliyev - Sayatbek Okassov (KAZ) 7:1

70 kq - Coşqun Əzimov - Meirjan Aşirov (KAZ) 7:0

74 kq - Hacımurad Ömərov - Daniyar Kaisanov (KAZ) 2:1

79 kq - Cəbrayıl Həsənov - Saken Aitjanov (KAZ) 8:1

86 kq - Aleksandr Qostiyev - Elxan Assadov (KAZ) 3:0

92 kq - Aslanbek Alborov - İlisxan Çilayev (KAZ) 10:0

97 kq - Roman Bəkirov - Mamed İbraqimov (KAZ) 3:2

125 kq - Cəmaləddin Məhəmmədov - Daulet Şabanbay (KAZ) 3:3*