“Yenidən Bakıda olmağı çox istəyirəm” – federasiya prezidenti

“Yenidən Bakıda olmağı çox istəyirəm” – federasiya prezidenti
09-04-2018 / 01:05 DÖYÜŞ NÖVLƏRİ
2486

“Bu gün burda güclü Azərbaycan komandasını görməkdən məmnunam. İnanıram ki, final görüşündə də layiqli mübarizə aparacaqlar". Apasport.az saytının məlumatına görə, bu sözləri Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü, Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filyo deyib.

 

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda meydan sahibləri və Azərbaycan millisi finala yüksəlib.

 

Filyo Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına açıqlamasında millimizi təbrik edib və Bakını çox sevdiyini bildirib: “AGF dünyanın ən böyük federasiyalarından biridi. Azərbaycanda dəfələrlə təlim-məşq toplanışlarında olmuşuq. Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdi və mən Bakını çox sevirəm, yenidən orda olmağı çox istəyirəm. Braziliyada keçirilən Olimpiya Oyunları ərəfəsində Azərbaycan Güləş Federasiyası ilə daha sıx əlaqələrimiz oldu. Oyunlardan əvvəl Azərbaycan komandalarının yerləşməsi və təlim-məşq toplanışında iştirak etməsi üçün lazımi şərait yaratmağa çalışdıq. Federasiyalarımız arasında sıx dostluq münasibəti var. Ümid edirəm ki, uzun illər belə də davam edəcək”.