Ramil Quliyev şərt qoydu: Xaricdən məşqçi gətirilməlidi

Ramil Quliyev şərt qoydu: Xaricdən məşqçi gətirilməlidi
09-04-2018 / 12:41 ATLETİKA
3273

“Türkiyə atletlərinin uğursuzluğunun ən böyük səbəbi məşqçi problemidi. Çalışdırıcı çox önəmlidi”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

 

Türkiyə millisinin şərəfini qoruyan və bu ölkəyə ilk dünya çempionluğunu qazandıran həmyerlimiz qonşu ölkə mətbuatına iddialı danışıb. O bildirib ki, “ay-ulduzlu” idmançıların uğuru üçün əcnəbi məşqçinin gətirilməsi vacibdi: “Əhalisi az olan ölkələr arasında atletikası güclülər də var. Türkiyə isə say baxımından böyük ölkədi. Yəni əhalinin sayı deyil, məşqçinin səviyyəsi vacibdi. Məşqçisiz nəsə etmək çox çətindi. Ölkə xaricindən çalışdırıcı gətirilməlidi. Bunu etməsək, uğur qazanmaq çətin görünür”.

 

Quliyev karyerasını bitirdikdən sonra məktəb açmaq istəyini də dilə gətirib: “Karyeramı bitirdikdən sonra Türkiyədə məşqçilik etmək istəyirəm. Burda bir atletika məktəbi açmaq arzusundayam. Bunun üçün nazirliyin, federasiyanın və klubumuzun dəstəyi lazımdı. Tək başına mümkün deyil”.