Biri qalib gəldi, digəri uduzdu

Biri qalib gəldi, digəri uduzdu
10-04-2018 / 15:16 DİGƏR NÖVLƏR
204

Bu gün İndoneziyanın Semaranq şəhərində Beynəlxalq Badminton Federasiyasının təqvim planında yer alan "USM Indonesia International Series 2018" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizdən Edi Reski Dviçayo təsnifat mərhələsində indoneziyalı Conatan Ramlieyə 1:2 hesabı ilə məğlub olub.

 

Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə təsnifat mərhələsini uğurla adlayıb. İdmançımız Mario Verdiano Ben-Oni Maynaki üzərində 2:0 hesablı qələbə qazanıb.

 

Badmintonçularımızın qoşa yarışlarda da debütü uğurlu alınıb. Ezmi - Edi tandemi ilk mərhələdə malayziyalı rəqiblərinə (Məhəmməd Şahmi Abdillah- Məhəmməd Nuraydil Edhi Azman) 2:0 hesabı ilə qalib gəlib.