Dünya birinciliyində ilk medal - FOTO

Dünya birinciliyində ilk medal - FOTO
11-04-2018 / 09:46 DÖYÜŞ NÖVLƏRİ
206

Tunisin Hammamet şəhərində keçirilən gənc taekvondoçular arasında dünya birinciliyi davam edir. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, mundialın ikinci günü Azərbaycan yığması üçün uğurlu alınıb.

 

Həmyerlimiz Xanoğlan Kərimov komandamıza ilk medalı qazandırıb. Belə ki, 51 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançımız Almaniya, Livan, Argentina və Türkiyə təmsilçilərinə qalib gələrək, yarımfinala adlayıb. Finala vəsiqə uğrunda mübarizədə Çin Taypeyindən olan taekvondoçunu da mübarizədən kənarlaşdıran Xanoğlan həlledici qarşılaşmada iranlı rəqibinə məğlub olaraq, yarışı gümüş medalla başa vurub.

 

Yarış aprelin 13-də başa çatacaq.