AÇ: Millimiz İsrailə 10 cüdoçu ilə yollanır

AÇ: Millimiz İsrailə 10 cüdoçu ilə yollanır
12-04-2018 / 14:40 DÖYÜŞ NÖVLƏRİ
232

Aprelin 26-da İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Artıq səfərə yollanacaq idmançılarımızın adları açıqlanıb. Məşqçilər korpusu yarışda 4 kişi, 6 qadın cüdoçunu sınayacaq. Komandamız çempionatda Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Bazarraqça Erdenebat, Leyla Əliyeva (hər ikisi 48 kq), Buyanxişik Purevsuren, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzerska (+78 kq) ilə təmsil olunacaq.

 

Yarışda 44 ölkədən 376 (217 kişi, 159 qadın) cüdoçunun iştirakı gözlənilir.