“Yarpaq tökümü”: Daha bir məşqçi ilə yollar ayrıldı

“Yarpaq tökümü”: Daha bir məşqçi ilə yollar ayrıldı
12-04-2018 / 17:26 DİGƏR NÖVLƏR
416

Dirsəyindən aldığı zədədən sonra əvvəlki formasını bərpa etməkdə çətinlik çəkən Novak Cokoviç şəxsi məşqçilər heyətini dəyişdirməkdədi. Apasport.az saytının məlumatına görə, serb tennisçi Andre Aqassinin ardından, Radek Ştepaneklə də əməkdaşlığına son qoyub.

 

Şəxsi veb-saytı vasitəsilə bu barədə bəyanat yayan sabiq dünya bir nömrəsi Ştepaneklə çalışmaqdan zövq aldığını bildirib və dəstəyinə görə ona təşəkkür edib. Həmçinin, bəyanatda Cokoviçin əvvəlki formasını bərpa etmək üçün intensiv məşqlərə başladığı da qeyd olunub.

 

Mövsümün ilk “Böyük Dəbilqə” turniri – “Avstraliya Açıq”da dördüncü etapda cənubi koreyalı Çon Xönə uduzaraq, mübarizəni dayandıran 30 yaşlı raketka ustası daha sonra qatıldığı “İndian Uells” və “Mayami Masters”də ilk turdaca ağ bayraq “qaldırmışdı”.

 

12 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olan Novak Cokoviç hazırda kişi tennisçilərin reytinq sıralamasında 13-cü pillədə qərarlaşıb.