Qurban Qurbanovla Roman Qriqorçuk 9 pillə yüksəldi

Qurban Qurbanovla Roman Qriqorçuk 9 pillə yüksəldi
14-04-2018 / 14:03 FUTBOL
228

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.

 

Onlardan ən yaxşı nəticə “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdu. 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, planetin 483-cü məşqçisidi. Həmyerlimiz son siyahı ilə müqayisədə 9 pillə irəliləyib.

 

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə 931-ci yerdədi. Aktivində 255 xalı olan ukraynalı da Qurbanov qədər – 9 pillə yüksəlib.

 

Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. 217 xala malik gənc mütəxəssis 8 çalışdırıcını qabaqlamaqla, 982-ci yerə qalxıb.

 

Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”ın baş məşqçisinin hesabında 18462 xal var. “Barselona”nı çalışdıran Ernesto Valverde 14946 xalla ikincidi. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14254 xala malikdi.