“Qarabağ”dan xal almağa çalışacağıq” - Şəhriyar Rəhimov

“Qarabağ”dan xal almağa çalışacağıq” - Şəhriyar Rəhimov
14-04-2018 / 14:52 FUTBOL
108

“Qeyri-adi formada hazırlaşmamışıq, digər oyunlara necə məşq etmişiksə, “Qarabağ”a qarşı da elə hazırlıq keçmişik. Azarkeşdən tutmuş futbolçuya kimi hamı yaxşı nəticə qazanmağa çalışır. Amma əvvəlcədən proqnoz vermək olmaz”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov deyib.

 

Gəncə təmsilçisi Topaz Premyer Liqasının XXIII turunda “Qarabağ”ı qəbul edəcək. Rəhimov bu gün baş tutacaq oyun öncəsi klubunun saytına açıqlama verib. Müdafiəçi uğurlu nəticəyə kökləndiklərini deyib: “Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. Maksimum nəyi bacarırıqsa, onu da meydançada edəcəyik. Xal və ya xallar qazanmağa çalışacağıq. Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Bu, bizim üstünlüyümüzdü. Amma digər tərəfdən minlərlə azarkeşin önündə çıxış etmək elə də asan məsələ deyil. Çünki istər-istəməz yaxşı mənada təzyiq olur. Çalışırsan ki, fanatlar komandadan narazı qalmasınlar. Gəncədə futbolu çox sevirlər, “Qarabağ”la matç ajiotaj yarada biləcək oyundu. İnşallah, futbolsevərlərimizi məyus etməməyə çalışacağıq”.