“Qalatasaray” rəhbərliyi futbolçulara mükafat vəd etdi

“Qalatasaray” rəhbərliyi futbolçulara mükafat vəd etdi
14-04-2018 / 16:00 FUTBOL
501

“Qalatasaray” rəhbərliyi futbolçulara mükafat vəd edib. Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, İstanbul təmsilçisi ölkə çempionatının XXVIII turu çərçivəsində “Başakşəhər”la keçiriləcək görüşdə qələbə qazanarsa, irəli düşəcək.

 

Belə ki, XXVII turda “Gənclərbirliyi”nə 0:1 uduzan “Qalatasaray” bu dəfə 3 xala yiyələnəcəyi halda, hər futbolçu 20 min avro məbləğində mükafatlandırılacaq. “Sarı-qırmızılar” özlərindən 2 xal irəlidə olan “Başakşəhər”lə sabah üz-üzə gələcək.

 

Qeyd edək ki, hazırda “Qalatasaray” 57 xalla turnir cədvəlində üçüncüdü. İlk pillədə qərarlaşan “Beşiktaş” isə onlardan bir oyun çox keçirib.