“Qəbələ” - “Səbail”: Yenə bolqollu matç?

“Qəbələ” - “Səbail”: Yenə bolqollu matç?
14-04-2018 / 17:11 FUTBOL
164

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” bu turda “Səbail”lə qarşılaşacaq.

 

Qəbələ şəhər stadionundakı görüş sabah baş tutacaq. Yalnız cari mövsümdə üz-üzə gələn komandaları ümumilikdə 6-cı dəfə görüşəcək. Əvvəlki 5 oyundan üçü çempionat, ikisi kubok çərçivəsində keçirilib. Heç-heçə qeydə alınmadığı matçlarda “Qəbələ” 4, “Səbail” 1 dəfə qalib gəlib. Top fərqində də üstün olan “qırmızı-qaralar” 12 qol vurub və 6-nı buraxıb. Roman Qriqorçukun yetirmələri 5 oyunun hamısında rəqib qapısına yol tapmağa nail olub. Bu oyunlarda “Qəbələ”nin vurduğu 12 qoldan 6-na Baqali Dabo imza atıb. Famussa Kone 2, digər 4 futbolçu isə hərəyə 1 dəfə fərqlənib.

 

Premyer Liqadakı 3 matç da məhsuldarlığı ilə diqqət çəkir. Çempionat görüşlərində komandalardan heç biri meydanı qol vurmadan tərk etməyib. 2 qələbə qazanıb, 1 dəfə uduzan “qırmızı-qaralar” top fərqində öndədi – 7:4. 3-cü dəfə evdə “Səbail”i qəbul edəcək “Qəbələ” çempionatda 3:1, kubokda 1:0 hesabı ilə qalib gəlib. 

 

Qeyd edək ki, aprelin 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Səbail” matçı saat 17:00-da başlayacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

Mənbə: gabalafc.az