Nazarov məğlubiyyətə əngəl ola bilmədi

Nazarov məğlubiyyətə əngəl ola bilmədi
14-04-2018 / 19:58 FUTBOL
149

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Erzgebirge” klubunun yarımmüdafiəçisi II Bundesliqanın XXX turunun iştirakçısı olub.

 

O, komandasının “Arminiya” ilə səfər matçında meydana çıxıb. Start heyətində yer alan Nazarov 78-ci dəqiqədə əvəzlənib. Onun komandası bu qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.

 

Bu məğlubiyyətdən sonra Aue təmsilçisi 30 oyunda 39 xal toplamaqla, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.