Millimiz sonuncu oldu

Millimiz sonuncu oldu
16-04-2018 / 09:19 FUTBOL
137

Bosniya və Herseqovinada təşkil edilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 3-cü – sonuncu görüşünü meydan sahiblərinə qarşı keçirib.

 

Oyun Bosniya və Herseqovina yığmasının 3:2 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.

 

Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) yenilən U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.