“Bavariya” “Real”la görüş öncəsi itki ilə üz-üzə

“Bavariya” “Real”la görüş öncəsi itki ilə üz-üzə
16-04-2018 / 09:47 FUTBOL
230

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalın Çempionlar Liqasının yarımfinalında “Real”la keçiriləcək ilk görüşdə iştirakı sual altındadı. Apasport.az saytının “Bild”ə istinadən məlumatına görə, çilili futbolçu məşqdə dizindən zədə alıb və meydançanı komanda yoldaşlarının yardımı ilə tərk etmək məcburiyyətində qalıb.

 

Arturo Vidal bənzər zədə səbəbindən Münhen klubunun son iki oyununda iştirak etməyib.

 

Qeyd edək ki, “Bavariya” və “Real” arasındakı ilk görüş aprelin 25-də keçiriləcək.