TPL: Beş futbolçu üçün “qırmızı işıq”

TPL: Beş futbolçu üçün “qırmızı işıq”
16-04-2018 / 10:30 FUTBOL
1162

Topaz Premyer Liqasının XXIII turu 5 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, qarşıdakı turu buraxacaq oyunçulardan ikisi qırmızı, üçü sarı vərəqə üzündən bu duruma düşüb.

 

Daha böyük itki ilə “Zirə” üzləşib. “Neftçi” ilə matçda (0:3) ikinci xəbərdarlığa görə meydandan qovulan Yani Urdinov və mövsümdə 4-cü sarı vərəqəsini alan Sadio Tounkara cəzalı durumdadı. Onlar “Keşlə”ylə səfər matçını buraxmalı olacaq.

 

Həmin matça sonuncular da itki ilə çıxmalıdı. “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) iki sarı vərəqə üzündən meydandan qovulan Məqsəd İsayev paytaxt derbisini buraxmaq məcburiyyətində qalıb.

 

XXIV turun “Səbail” – “Kəpəz” oyununa hər iki komanda itki ilə çıxacaq. Sonuncular İlkin Sadıqovun xidmətindən məhrumdu. O, 4-cü xəbərdarlığını “Qarabağ”la ev görüşündə (0:1) alıb. Paytaxt klubu isə Tamazi Tsetsxladzeyə güvənə bilməyəcək. Gürcüstanlı legioner “Qəbələ”ylə səfər matçında (1:1) mövsümdə 8-ci sarı vərəqəsini alıb.