Çempionun müəyyənləşə biləcəyi vaxt açıqlandı - TPL

Çempionun müəyyənləşə biləcəyi vaxt açıqlandı - TPL
16-04-2018 / 15:38 FUTBOL
2171

Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionun müəyyənləşə biləcəyi tura aprelin 21-də “Keşlə” – “Zirə” matçı ilə start veriləcək.

 

Həmin gün saat 19:00-da başlayacaq “Sumqayıt” – “Qarabağ” matçında isə qonaqlar qızıl medalları təmin edə bilər. Bunun üçün Ağdam klubuna qələbə qazanmaq kifayətdi.

 

Turun ikinci günü “Səbail” – “Kəpəz” matçı ilə başlayacaq. Həftənin son qarşılaşmasında “Neftçi” və “Qəbələ” üz-üzə gələcək.

 

Topaz Premyer Liqası

XXIV tur
21 aprel (şənbə)


16:00. “Keşlə” – “Zirə”
“İnter Arena”

19:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt. Şəhər stadionu


22 aprel (bazar)
17:00. “Səbail” – “Kəpəz”
“Bayıl Arena”


19:00. “Neftçi” – “Qəbələ”
8-ci km qəsəbə stadionu