AFFA millimizə daha bir rəqib tapdı

AFFA millimizə daha bir rəqib tapdı
16-04-2018 / 16:10 FUTBOL
3189

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən Qazaxıstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.

 

Qarşılaşma iyunun 5-də paytaxt Astanada baş tutacaq. Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

 

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, əsas millilərin qarşılaşması isə 18:00-da başlayacaq.

 

Qeyd edək ki, millimiz bundan başqa mayın 29-da Bakıda Qırğızıstanla, iyunun 9-da isə Riqada Latviya ilə yoldaşlıq görüşü keçirəcək.

 

Mənbə: affa.az