“Barselona”nın istəyi baş tutmadı

“Barselona”nın istəyi baş tutmadı
16-04-2018 / 17:15 FUTBOL
508

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti “Barselona”ya baş tutmayan transferindən danışıb. Apasport.az saytının “Canal+”ə istinadən məlumatına görə, italiyalı futbolçu PSJ ilə bağlı xəyallarına çatmaq istədiyini bildirib: “PSJ-də qalacağıma dair qərar qəbul etdiyim üçün xoşbəxtəm. İndilik qərarımın doğruluğunda əminəm. Burada qalmaq və hamımızın xəyalını qurduğu şeyi qazanmaq istəyirəm”.

 

Qeyd edək ki, Verrattinin adı bir müddət idi “Barselona” ilə hallanırdı.