Volkan Üst yenə aldatdı: Əvvəl Superliqa, sonra I divizion

Volkan Üst yenə aldatdı: Əvvəl Superliqa, sonra I divizion
16-04-2018 / 17:21 FUTBOL
3450

“CBC Sport” telekanalı daha bir yarışın yayımından imtina edib. Apasport.az saytının məlumatına görə, söhbət futbol üzrə I diviziondan gedir.

 

Halbuki, Volkan Üstün rəhbərlik etdiyi şirkət Topaz Premyer Liqasının və I divizionun oyunlarının yayım hüququna tendersiz yiyələnmişdi. Mövsümün ilk yarısında aşağı liqanın bəzi mərkəzi görüşlərini bu kanalda izləmək mümkün idisə, yanvar ayından bəri I divizionun heç bir matçı canlı yayımlanmayıb.

 

Verilən sözə əməl etməmək, çox güman ki, maliyyə problemi ilə əlaqədardı. Çünki böyük vədlərlə açılan telekanalın maddi dayaqları xeyli zəifləyib. Texniki avadanlıqlar artıq yetərincə deyil və yalnız Premyer Liqa matçlarının yayımını çatdırmaq mümkündü.

 

Qeyd edək ki, “CBC Sport” bir müddət əvvəl Türkiyə Superliqasının matçlarını canlı yayımlayacağını böyük səs-küylə bəyan etsə də, sonradan bunun boş xəyal olduğu üzə çıxmışdı.