Yüksək Liqada 3 cəzalı

Yüksək Liqada 3 cəzalı
16-04-2018 / 19:17 FUTBOL
214

Sabah futzal üzrə Yüksək Liqada XXV turun oyunları keçiriləcək. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, sarı vərəqə limitini doldurduğundan 3 futzalçı komandasına kömək edə bilməyəcək.

 

Çempionatın bombardiri Bolinya, eləcə də təcrübəli oyunçulardan Rəcəb Fərəczadə və Anar Ağayev dueli tribunadan izləyəcək. Maraqlıdır ki, elə turun açılış oyununda “Araz”la “İtaldizain Futsal” qarşılaşacaq.

 

Cəzalılar: Thaqo Bolinya (“Araz”), Rəcəb Fərəczadə (“FK.İtaldizain Futsal”), Anar Ağayev (“FK.İtaldizain Futsal”) – hamısı 4 vərəqə

 

Cəza riski olanlar: Vüsal Səfərov (“Yasamal”), Fərid Ələkbərov (EKOL), Sərxan Məstiyev (EKOL), Namiq Məmmədkərimov (EKOL), Nihad İsmayılov (“FK.İtaldizain Futsal”), Əjdər Əjdərov (“Neftçi” İK), Rüfət Balakişiyev (“Neftçi” İK), Reza Toloui (“Yasamal” FK // “Araz”), Hamed Khodaei (“Marafon Futsal”), Omid Talebi (“Marafon Futsal”), Majid Morovati (“Marafon Futsal”), Sadiq Cavid (“Yasamal” FK), Vladislav Vorobyov (“Yasamal” FK) – hərəsi 3 sarı vərəqə.

 

Qeyd edək ki, “İtaldizain Futsal”dan Asif Zeynalov isə qırmızı vərəqə cəzalısı olduğuna görə, oynamayacaq.