“Mançester Siti” Qvardiola ilə müqaviləni uzadır

17-04-2018 / 14:14
FUTBOL
132
132
“Mançester Siti” baş məşqçisi Pep Qvardiolayla müqavilə yeniləmək niyyətindədi. Apasport.az saytının “The Times”ə istinadən məlumatına görə, “şəhərlilər” katalon çalışdırıcısının sazişini 2019-2020 mövsümünün sonuna qədər uzatmaq istəyirlər.
Qvardiolanın müqaviləsi 2019-cu ilin yayında bitir.
Qeyd edək ki, komanda onun rəhbərliyi altında 1 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Liqa Kubokunun qalibi olub.