Mourinyo Poqbanın satılmasına razıdı

Mourinyo Poqbanın satılmasına razıdı
17-04-2018 / 14:42 FUTBOL
128

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yayda komandanı tərk edə bilər. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, baş məşqçi Joze Mourinyonun “səbir kasası” daşıb və o, fransız futbolçu ilə yollarını ayırmağa hazırdı.

 

Daha öncə ada mətbuatında əsas heyətdə az şans verməsi səbəbindən, Mourinyu ilə Poqba arasındakı münasibətlərin pozulduğu barədə xəbərlər yayılmışdı.

 

Poqba ilə yanaşı, portuqaliyalı mütəxəssis Matteo Darmian, Deyli Blind və Antoni Marsyalın da xidmətində maraqlı deyil.