PSJ qapıçı axtarışında – Rayoladan Donnaruma təklifi

PSJ qapıçı axtarışında – Rayoladan Donnaruma təklifi
17-04-2018 / 15:00 FUTBOL
136

“Milan”ın qolkiperi Canluici Donnaruma karyerasını PSJ-də davam etdirə bilər. Apasport.az saytının “France Football” nəşrinə istinadən məlumatına görə, agenti Mino Rayola 19 yaşlı qapıçını Paris klubuna təklif edib.

 

PSJ yayda qapı xəttini gücləndirmək niyyətindədi. Komandanın əsas transfer hədəfi “Atletiko”nun qolkiper Yan Oblakdı. Digər namizəd isə “Roma”dandı – Alisson.

 

PSJ ən son alternativi isə “Çelsi”nin şərəfini qoruyan Tibo Kurtuadı.