Neymar qarşılığında Kazemiro – PSJ-nin planı

Neymar qarşılığında Kazemiro – PSJ-nin planı
17-04-2018 / 15:10 FUTBOL
512

“Real”ın yarımmüdafiəçisi Kazemiro yayda PSJ-yə keçə bilər. Apasport.az saytının “As” nəşrinə istinadən məlumatına görə, Paris klubu braziliyalı futbolçunu Tiaqo Mottanın əvəzedicisi qismində görür.

 

Kazemironun oyunu klubun idman direktoru Anteru Enrikenin ürəyincədi. Onlar birlikdə “Porto”nun uğurları üçün çalışıblar.

 

PSJ-nin Kazemirodan Neymarın “Real”a mümkün keçidi qarşılığında istifdə etmə ehtimalı var.

 

Müqaviləsi 2021-ci ildə bitəcək Kazemironun sərbəst qalma məbləği 200 milyon avro təşkil edir.