Hakimi döyən futzalçıya 2 illik cəza

Hakimi döyən futzalçıya 2 illik cəza
17-04-2018 / 15:06 FUTBOL
101

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında  Azərbaycan birinciliyinin II dəstəsinin “Qarabağ” – “Yasamal-2” matçında baş verənlər müzakirə olunub.

 

Matçın  27-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Yasamal-2”nin futbolçusu Ceyhun Nağıyev 1 oyunluq cəzalanıb. Onun komanda yoldaşı Rəhman Ələkbərli hakimin qərarına kəskin etiraz bildirdiyinə, hakimi təhqir etdiyinə və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə daha ağır cəza alıb. Hakimi döyən futzalçı 2 il yarışlardan kənarlaşdırılıb.