“Finala çıxmaq istəyirdiksə...” – Filip Ozobiç

“Finala çıxmaq istəyirdiksə...” – Filip Ozobiç
19-04-2018 / 02:02 FUTBOL
260

“Qəbələ”nin legioneri Filip Ozobiç Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 3:1 hesabıyla qalib gəldikləri cava b oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb. 

 

- Oyundan sonra İqnasio Herrera ilə aranda anlaşmazlıq oldu. Nə baş verdi?

- Elə ciddi şey olmadı. Sadəcə oyunun gərginliyi buna gətirib çıxartdı.

 

- Siz ispanca bilirsiniz?

- Yox, bilmirəm.

 

- Onda İqnasioya necə cavab verdin?

- Xorvatca. Bilirəm ki, futbolda belə gərginliklər olur. 

 

- Ümumiyyətlə, hadisə necə oldu?

- Yəqin yonlar elə düşündülər ki, simulyasiya edirdim. Ancaq belə deyildi, ayağımdan zərbə almışdım.

 

- Hamı düşünürdü ki, “Neftçi” daha şanslıdı...

- Bizdə bəzi çətinliklər var. Amma yekunda topralana bildik.

 

- “Neftçi” qol vurandan sonra nə hiss etdiz?

- Bilirdik ki, istənilən halda, turu keçmək üçün 2 qol vurmalıyıq. Finala çıxmaq istəyirdiksə, bunu reallaşdırmalı idik. 

 

- Final Qəbələdə keçirilməsinə münasibətin necədi?

- Sevinirik ki, finalı doğma meydanda oynayacağıq.

 

- "Qəbələ"ylə müqavilən cari mövsümün sonunda bitir. Fikriniz nədi?

- İndi bu haqda nəsə deyə bilmərəm.