Yığmamız “Qarabağ”la bacarmadı

Yığmamız “Qarabağ”la bacarmadı
19-04-2018 / 09:09 FUTBOL
217

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Azər Məmmədovun yetirmələri “Qarabağ”ın U-17 komandası ilə qarşılaşıb.

 

Görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Nihad Cəfərov fərqlənib.

 

Qeyd edək ki, millimiz bunadək "Keşlə"nin U-17 komandasına 5:2 hesabı ilə qalib gəlib.