“Bavariya”nın rəqibi “Ayntraxt” oldu

“Bavariya”nın rəqibi “Ayntraxt” oldu
19-04-2018 / 09:29 FUTBOL
122

Almaniya kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Şalke” ilə “Ayntraxt” Gelzenkirhendə üz-üzə gəlib.

 

Matçın taleyini 1 qol həll edib. Belə ki, sona 15 dəqiqə qalmış ev sahiblərini cəzalandıran Luka Yoviç frankfurtluları finala daşıyıb.

 

Bununla “Ayntraxt” “Bavariya”nın rəqibi olub. Həlledici matç mayın 19-da Berlində keçiriləcək.

 

Almaniya kuboku

Yarımfinal

18 aprel

 

“Şalke” - “Ayntraxt” – 0:1

Qol: Yoviç, 75