NBA: “Klivlend” və “Yuta” seriyanı bərabərləşdirdi - VİDEO

NBA: “Klivlend” və “Yuta” seriyanı bərabərləşdirdi - VİDEO
19-04-2018 / 10:00 TOP OYUNLARI
110

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 3 qarşılaşma keçirilib.

 

Şərq konfransında “Klivlend Kavalyers” “İndiana Peysers”i məğlub edərək, seriyaya tarazlıq gətirib.

 

Qərb konfransında “Yuta Caz” səfərdə “Oklahoma-Siti Tander”dən güclü olub. “Hyuston Rokets” isə “Minnesota Timbervulvz” üzərində növbəti qələbəsini qazanıb.


NBA

Pley-off, ilk tur

Şərq konfransı

 

“Klivlend Kavalyers” – “İndiana Peysers” – 100:97

“Klivlend”: Ceyms (46 xal, 12 ribaund, 5 assist, 2 top oğurlama)

“İndiana”: Oladipo (22 xal, 6 assist, 3 ribaund, 2 top oğurlama)

Seriyada hesab: 1-1

 

Qərb konfransı

 

“Oklahoma-Siti Tander” – “Yuta Caz” – 95:102

“Oklahoma-Siti”: Vestbruk (19 xal, 13 assist, 9 ribaund, 4 top oğurlama)

“Yuta”: Mitçell (28 xal, 6 ribaund, 2 assist, 1 top oğurlama), Feyvors (20 xal, 16 ribaund, 3 assist, 1 top oğurlama)

Seriyada hesab: 1-1

 

“Hyuston Rokets” – “Minnesota Timbervulvz” – 102:82

“Hyuston”: Pol (27 xal, 8 assist, 3 ribaund, 3 top oğurlama, 1 blok)

“Minnesota”: Byeliça (16 xal, 8 ribaund, 2 assist, 2 top oğurlama)

Seriyada hesab: 2-0 (“Hyuston”)