“Neftçi” 60 gün dözdü

“Neftçi” 60 gün dözdü
19-04-2018 / 14:28 FUTBOL
309

“Neftçi”nin məğlubiyyətsizlik oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 8 matçda uduzmayan paytaxt təmsilçisi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ev matçında “Qəbələ”yə uduzub.

 

1:3 hesablı yenilgiyədək “ağ-qaralar”ın son məğlubiyyəti fevralın 2-nə təsadüf edib. Həmin gün “Sumqayıt”la çempionat oyununda Tərlan Əhmədovun yetirmələri 2 cavabsız qol buraxıb.

 

60 gündən sonra uduzan “Neftçi” bu müddətdə 7 çempionat və 1 kubok görüşündə qüvvəsini sınayıb. 5 qələbəsi olan bakılılar 3 dəfə heç-heçəylə kifayətlənib.

 

Qeyd edək ki, “Neftçi” kubokun yarımfinalının ilk oyununda “Qəbələ”ni səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.