“Başqa klublarla görüşməmişəm” – Emeridən təkzib

“Başqa klublarla görüşməmişəm” – Emeridən təkzib
19-04-2018 / 18:34 FUTBOL
152

PSJ-nin baş məşqçisi Unai Emeri başqa klublarla danışıqlar apardığına dair çıxan xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, ispan mütəxəssis bütün diqqətini Paris klubuna yönəltdiyini deyib.

 

Onun sözlərinə görə, əsas məqsədi qarşıya qoyulan tapşırıqları yerinə yetirməkdi: “Son günlər haqqımda çıxanlar haqqında onu deyə bilərəm ki, bütün diqqətimi PSJ-yə və komandanın önünə qoyulan tapşırıqlara yönəltmişəm. Nə mən, nə də məni təmsil edən kimsə başqa klubların nümayəndələri ilə görüşməyib”.

 

Daha öncə Emerinin yayda PSJ-ni tərk edəcəyi və onu postunda Tomas Tuxelin əvəzləyəcəyi barədə xəbərlər yayılmışdı.