Azərbaycanlı idmançı Saulu döydü

Azərbaycanlı idmançı Saulu döydü
19-04-2018 / 22:13 DÖYÜŞ NÖVLƏRİ
285

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 32 yaşlı idmançı Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan “Extra Round” seriyalı turnirdə qüvvəsini sınayıb.

 

Atakişiyev “Extra Round 7” şousunun 9-cu döyüşündə rinqə çıxıb. Superağır çəki dərəcəsində (+90,7 kq) mübarizə aparan Zamiq Boliviya idmançısı Saul Farah ilə 6 raundluq döyüşdə üz-üzə gəlib. Peşəkar rinqdə 6-cı sınağına çıxan təmsilçimiz zəngin təcrübəyə malik (65 qələbə, 3 heç-heçə, 23 məğlubiyyət) cənubi amerikalını məğlub edib.

 

Saulun döyüşü davam etdirməkdən imtinası Atakişiyevin texniki nokautla qalib gəlməyini rəsmiləşdirib. Bu, hesabında 1 heç-heçə olan boksçumuzun 5-ci qələbəsi olub.