“... son nöqtəni biz qoyacağıq”

“... son nöqtəni biz qoyacağıq”
20-04-2018 / 09:47 TOP OYUNLARI
180

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının həlledici mərhələsində ilk oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan final görüşündə "Lokomotiv" “Sərhədçi” üzərində 3:0 hesablı qələbə qazanıb.

 

Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə danışan “dəmiryolçular”ın oyunçusu Pərviz Səmədov ikinci matçda da eyni nəticəni hədəflədiklərini söyləyib: “Müntəzəm çempionatda "Sərhədçi" üzərində iki qələbəmiz var idi. Bu gün də qalib gəlmək istəyirdik. Ümidvaram ki, növbəti görüşdə Superliqada son nöqtəni qoyan tərəf biz olacağıq”.

 

Qeyd edək ki, komandalar arasında ikinci matç sabah oynanılacaq.