NBA: “Filadelfiya” seriyada önə keçdi, “Nyu-Orlean”dan daha bir qələbə - VİDEO

NBA: “Filadelfiya” seriyada önə keçdi, “Nyu-Orlean”dan daha bir qələbə - VİDEO
20-04-2018 / 09:51 TOP OYUNLARI
145

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 3 qarşılaşma keçirilib.

 

Şərq konfransında səfərdə “Mayami Hit”i məğlub edən “Filadelfiya 76ers” seriyada üstünlüyü yenidən ələ alıb.

 

Qərb konfransında “Nyu-Orlean Pelikans” “Portlend Treyl Bleyzers” üzərində növbəti qələbəsini qazanıb. Son çempion “Qolden Steyt Vorriorz” isə üçüncü dəfə “San-Antonio Spörs”ü məğlub edərək, seriyadakı fərqi üçə çıxarıb.

 

NBA

Pley-off, ilk tur

 

Şərq konfransı

 

“Mayami Hit” – “Filadelfiya 76ers” – 108:128

“Mayami”: Draqiç (23 xal, 8 assist, 2 ribaund, 1 top oğurlama)

“Filadelfiya”: Embiid (23 xal, 7 ribaund, 4 assist, 3 blok, 1 top oğurlama), Simmons (19 xal, 12 ribaund, 7 assist, 4 top oğurlama)

Seriyada hesab: 2-1 (“Filadelfiya”)

 

Qərb konfransı

 

“Nyu-Orlean Pelikans” – “Portlend Treyl Bleyzers” – 119:102

“Nyu-Orlean”: Mirotiç (30 xal, 8 ribaund, 3 top oğurlama, 2 assist, 1 blok), Deyvis (28 xal, 11 ribaund, 3 top oğurlama, 2 assist, 2 blok)

“Portlend”: MakKollum (22 xal, 3 assist, 1 ribaund, 1 top oğurlama)

Seriyada hesab: 3-0 (“Nyu-Orlean”)

 

“San-Antonio Spörs” – “Qolden Steyt Vorriorz” – 97:110

“San-Antonio”: Oldric (18 xal, 10 ribaund, 4 assist)

“Qolden Steyt”: Dyurant (26 xal, 9 ribaund, 6 assist)

Seriyada hesab: 3-0 (“Qolden Steyt”)