Monte-Karlo: Cokoviç turnirlə vidalaşdı, Nadal davam edir

Monte-Karlo: Cokoviç turnirlə vidalaşdı, Nadal davam edir
20-04-2018 / 10:44 DİGƏR NÖVLƏR
125

Monte-Karloda kişi tennisçilərin “Masters 1000” seriyalı turniri davam edir. Apasport.az saytının məlumatına görə, 1/4 finalçıların kimliklərinə aydınlıq gəlib.

 

Dünyanın bir nömrəsi Rafael Nadal Karen Xaçanovla qarşılaşıb. Rusiyalı rəqibinə 5 qeym verən ispan tennisçi adını son “səkkizliy”ə yazdırıb.

 

Novak Cokoviç isə mübarizəni 1/8 finalda dayandırıb. Serbiyalı raketka ustası Dominik Timlə qarşılaşıb. İlk seti tay-breykdə qazanmasına baxmayaraq, digər iki setdə rəqibi ilə bacarmayan Cokoviç turnirlə vidalaşıb.

 

Monte-Karlo Masters

1/8 final

 

Roberto Bautista-Aqut (İspaniya) – David Qoffen (Belçika) – 0:2 (4:6, 5:7)

Yan-Lennard Ştruff (Almaniya) – Aleksandr Zverev (Almaniya) – 1:2 (4:6, 6:4, 4:6)

Qriqor Dimitrov (Bolqarıstan) – Filipp Kolşrayber (Almaniya) – 2:1 (4:6, 6:3, 6:4)

Novak Cokoviç (Serbiya) – Dominik Tim (Avstriya) – 1:2 (7:6, 2:6, 3:6)

Mişa Zverev (Almaniya) – Rişar Qaske (Fransa) – 0:2 (2:6, 5:7)

Rafael Nadal (İspaniya) – Karen Xaçanov (Rusiya) – 2:0 (6:3, 6:2)

Andreas Seppi (İtaliya) – Key Nisikori (Yaponiya) – 1:2 (0:6, 6:2, 6:3)

 

Qeyd edək ki, Marin Çiliçlə qarşılaşmalı olan Miloş Raoniç dizindəki zədə səbəbindən oyundan imtina edib.